RU

Almaniya hökuməti Annalena Berbokun BMT Baş Assambleyasına sədrliyə namizədliyini irəli sürməyə hazırlaşır

Bakı. Trend:

Almaniya hökuməti ölkənin xarici işlər naziri Annalena Berbokun(“Yaşıllar”) 2025-2026-cı illər üçün BMT Baş Assambleyasının sədrivəzifəsinə namizədliyini irəli sürməyi planlaşdırır.

Trend xəbər verirki, bu barədə DPA agentliyi Nazirlər Kabinetindəki mənbələrəistinadən məlumat yayıb.

Hazırda Berbok yeni hökumət formalaşana qədər xarici işlərnaziri vəzifəsini icra edir. Yeni Nazirlər Kabinetinin aprelin20-dək qurulması nəzərdə tutulur. “Yaşıllar” koalisiyadanışıqlarında iştirak etmədiyindən, onların yeni hökumətdə təmsilolunma ehtimalı azdır.

BMT Baş Assambleyasının iyun ayında Berboku sədr seçəcəyi,sentyabrda isə onun yeni vəzifəsinin icrasına başlayacağıgözlənilir. DPA-nın məlumatına görə, onun seçilməsi formal xarakterdaşıyır. Berbok yeni vəzifəyə keçdikdən sonra Bundestaq deputatmandatından imtina edəcək. O, may ayında Nyu-Yorkda iş proqramınıtəqdim edəcək.

Almaniya hökuməti hesab edir ki, bu təyinat ölkənin BMT-ninprinsiplərinə sadiqliyini nümayiş etdirəcək.

Избранный
6
az.trend.az

1Источники