“Fransanın nüvə gücünə malik “Rafale” qırıcıları 2035-ci ildə Almaniya sərhədində yerləşdiriləcək”.
Qaziler.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron “X” sosial şəbəkəsində deyib.
RT nəşri qeyd edib ki, ABŞ və Rusiya başçıları Donald Tramp və Vladimir Putin danışıqlar apardığı bir vaxtda Paris silahlanır.
“Lyuksey səsdən sürətli nüvə başlıqları ilə yeni Rafale modifikasiyasına ev sahibliyi edən ilk hava bazası olacaq”, - Makron yazıb.
QAZİLER.AZ