Almaniya BMT Baş Assambleyası ilə Berbokun namizədliyi barədə əlaqə saxlamayıb.
Bunu BMT Baş Assambleyasının 79-cu sessiyasının sədri Şeron Börç deyib.
O, bildirib ki, BMT Baş Assambleyası Almaniya hakimiyyətindən xarici işlər naziri Annalena Berboku Baş Assambleyanın sədri vəzifəsinə namizəd kimi irəli sürmək barədə hər hansı bir məlumat almayıb.
“Biz mediada xarici işlər naziri Berboku Baş Assambleyanın növbəti sədri vəzifəsinə namizəd kimi irəli sürmək barədə məlumatları gördük, lakin Almaniya hökumətindən heç bir rəsmi bildiriş almadıq”, – Börç qeyd edib.
Onun sözlərinə görə, hazırda Almaniyanın Baş Assambleyanın gələcək sədri vəzifəsinə namizədi Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) keçmiş Baş katibi Helqa Şmiddir.
Xatırladaq ki, daha əvvəl “DPA” agentliyi Almaniya hökumətindəki mənbələrə istinadən bildirmişdi ki, Almaniya hökuməti 2025-2026-cı illər üçün BMT Baş Assambleyasının sədri vəzifəsinə Berboku namizəd göstərəcək. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova isə açıqlamasında bildirib ki, “Berbok Baş Assambleyanın sədri vəzifəsində qəribə görünərdi, xüsusilə də onun babasının keçmişi və Böyük Qələbənin 80 illiyi nəzərə alındıqda”./Globalinfo.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта