RU

Putin razılaşdı: Ukraynada atəşkəsə əməl ediləcəkmi?

Putin Trampla telefon söhbətində 30 günlük atəşkəs təklifini qəbul edib. İki saatdan çox davam edən danışıqların detalları bəlli deyil, hərçənd bir sual aktual olaraq qalır: Moskvanın tələbləri qəbul edilibmi?

Mümkündür ki, Tramp Putinə müəyyən vədlər verib, Rusiyanın şərtlərinin qəbul edilib-edilmədiyi, yaxud nə qədərinin qəbul ediləcəyini isə proseslərin inkişafı göstərəcək. İndiki halda Putinin 30 günlük atəşkəs təklifini qəbul etməsi sülhdən imtina edən tərəfə çevrilməmək və ABŞ-ın öncədən xəbərdarlıq etdiyi təzyiqlərlə üzləşməmək məqsədi daşıyır. Lakin 30 günlük atəşkəsə davamlı şəkildə əməl ediləcəyi sual altındadır, çünki Ukraynanın sülh danışıqlarının başlanmasına qədər əlini gücləndirmək istiqamətində hərəkət edəcəyi, Rusiyanın da Kiyevi “atəşkəsi pozan tərəf” kimi göstərmək üçün hücumları davam etdirəcəyi gözləntisi var.

Ukrayna ordusunun Belqorod istiqamətindəki hücumu bu kontekstdə təsiredici amildir. Rusiya Belqorodda nəzarəti yenidən bərpa etmək üçün Ukraynanın dərinliklərinə zərbələr endirə, Kiyev də adekvat cavab tədbirlərinə əl ata bilər.

Asif Nərimanlı

Избранный
43
50
publika.az

10Источники