RU

Qazaxıstanda pilotsuz uçuş aparatına bənzər obyekt aşkar edilib

Bakı. Trend:

Qərbi Qazaxıstan vilayətinin Taskalı rayonunda xarici görünüşünəgörə pilotsuz uçuş aparatına bənzəyən naməlum obyekt tapılıb.

Trend xəbər verirki, bu barədə "Kazinform" agentliyi regional polis departamentinəistinadən xəbər yayıb.

Məlumata görə, obyekt yaşayış məntəqələrindən uzaqda, ucqar birərazidə aşkarlanıb və bütöv vəziyyətdə, görünən zədələr olmadantapılıb. Hazırda vilayət polisi digər səlahiyyətli qurumlarlabirlikdə araşdırma aparır.

Qeyd edək ki, bu, bölgədə qeydə alınan ilk belə hal deyil.Fevral ayında da eyni bölgədə pilotsuz uçuş aparatına bənzər obyektaşkarlanmış və yerli polis bununla bağlı araşdırma başlatmışdı.

Избранный
32
az.trend.az

1Источники