Kəlbəcərdə ağır yol qəzası baş verib.
Qamışlı kəndində yük avtomobili dərəyə aşıb.
Nəticədə avtomobildə olan şəxslərdən 1961-ci il təvəllüdlü Mirabbas Məmmədov və 1977-ci il təvəllüdlü Ramin Şahnəzərov hadisə yerində ölüb. 1988-ci il təvəllüdlü Elçin Nadirov isə ağır vəziyyətdə Gəncədəki xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır .