RU

Makron nüvə silahlarının Almaniya ilə sərhəddəki aviabazada yerləşdiriləcəyini bildirib

Fransa prezidenti Emmanuel Makron 2035-ci ilə qədər Almaniya ilə sərhəddəki Lüksey-Saint-Sauveur aviabazasında səsdən sürətli nüvə başlıqları ilə silahlanmış Rafale döyüş təyyarələrinin yerləşdirilməsi planlarını açıqlayıb.

Makron bildirib ki, səsdən sürətli nüvə başlıqlarına malik Rafale qırıcıları 2035-ci ildə Almaniya ilə sərhəddəki aviabazada yerləşdiriləcək.

"2035-ci ildə Luxeuil səsdən sürətli nüvə başlıqlarına malik yeni Rafale variantını qəbul edən ilk aviabaza olacaq", - Fransa lideri Luxeuil-Saint-Sauveur aviabazasında qoşunlarla danışarkən deyib.

Bu addım Fransanın silahlı qüvvələrinin uzunmüddətli əməliyyat etibarlılığını təmin etmək məqsədi daşıyan nüvə modernləşdirmə strategiyasının bir hissəsidir. Ölkə 2024-cü ildə nüvə başlığı daşıya bilən təkmilləşdirilmiş ASMPA-R raketini sınaqdan keçirib.

Makron daha əvvəl Avropalı müttəfiqlərini qorumaq üçün Fransanın nüvə imkanlarından istifadə etməyi təklif edərək, mümkün “Avropa nüvə çətiri” ilə bağlı müzakirələrə səbəb olub. Lakin Rusiya artıq bu bəyanatlara cavab verib və onları “nüvə şantajı” adlandırıb.

Əziz Mustafa, Oxuməni.az

Избранный
14
oxumeni.az

1Источники