RU

Belarus seçmə komandası millimizlə görüşə itki ilə çıxacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Tacikistan və Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək Belarus yığmasında itki baş verib.
Oxu.Az xəbər verir ki, müdafiəçi Aleksandr Martinoviç heyətdən çıxarılıb.
Bu barədə Belarus millisinin baş məşqçisi Karlos Alos yerli mətbuata açıqlamasında məlumat verib. O bildirib ki, 37 yaşlı mərkəz müdafiəçisi ilə telefon danışığı olub və futbolçu diskomfort hiss etdiyini bildirib. "Kayrat"ın təcrübəli oyunçusunun təxminən bir ay futboldan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, Belarus yığması martın 20-də Düşənbədə Tacikistanla, beş gün sonra isə Bakıda Azərbaycan millisi ilə qarşılaşacaq.
Избранный
53
29
oxu.az

10Источники