RU

PSJ klubu "Barselona"nın gənc ulduzu üçün rekord transfer təklifi göndərməyi planlayır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



PSJ "Barselona"nın və İspaniya millisinin futbolçusu Lamin Yamalı "rənglərinə bağlamaq" istəyir.
Oxu.Az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Fransa nəhəngi Laminə hazırda "Real Madrid"in formasını geyinən Kilian Mbappe ilə eyni maliyyə şərtləri təklif etməyə hazırdır. Fransızlar gənc ispaniyalını bu göstəriciyə görə klubun rekordçusuna çevirməyi düşünürlər.
Qeyd edək ki, 17 yaşlı Yamalın "Barselona" ilə davam edən müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Избранный
18
29
oxu.az

10Источники