Bu gün kişi voleybolçuların Yüksək Liqasında XVI turun oyunları keçiriləcək.
İdman.biz xəbər verir ki, turun matçları eyni gündə baş tutacaq.
Turnir cədvəlinin ilk “üçlüy”ündə qərarlaşan komandalar ikinci yarıda yer alan rəqiblərlə üz-üzə gələcək. Lider “Murov Az Terminal” MOİK-i, “Xilasedici” isə “Gənclər”i sınağa çəkəcək. Tura “Azərreyl” - “Neftçi” qarşılaşması ilə yekun vurulacaq.
Yüksək Liqa (kişilər)
XVI tur
19 mart
16:00. “Xilasedici” - “Gənclər”
FHN-in idman zalı
16:00. MOİK - “Murov Az Terminal”
GİN-in Voleybol Mərkəzi
18:00. “Azərreyl” - “Neftçi”
GİN-in Voleybol Mərkəzi
1 | Murov Az Terminal | 14 | 11 | 3 | 32-10 | 34 |
2 | Xilasedici | 13 | 11 | 2 | 34-12 | 31 |
3 | Azərreyl | 13 | 10 | 3 | 33-10 | 31 |
4 | Neftçi | 14 | 7 | 7 | 24-25 | 21 |
5 | MOİK | 14 | 2 | 12 | 6-39 | 5 |
6 | Gənclər | 14 | 0 | 14 | 5-42 | 1 |
İdman.biz