Bakı. Trend:
İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalıneftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə0,52 ABŞ dolları və ya 0,7% azalaraq 72,9 dollar/barel təşkiledib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 0,51 dollar və ya 0,7%ucuzlaşaraq 71,56 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 0,45 dollar və ya 0,79% azalaraq 56,51 dollar/bareləbərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin birbarelinin qiyməti əvvəlki göstəricidən 0,53 dollar və ya 0,73%ucuzlaşaraq 71,73 dollar/barel təşkil edib.
Martın 19-na olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftinorta qiyməti 70 ABŞ dollarından hesablanıb.