Avropanın top-klubları “Flamenqo”nun müdafiəçisi Uesli Vinisiusu izləməyə davam edir.
21 yaşlı futbolçu ilə daha əvvəl “Liverpul”un maraqlandığı bildirilirdi.
Sportinfo.az “UOL Esporte”-yə istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə təkcə “qırmızılar” deyil, “Barselona” da maraqlanır.
Potensial transferin dəyəri 30-35 milyon avro qiymətləndirilir.
Vinisiusun “Flamenqo” ilə müqaviləsinin müddəti 2028-ci ilin sonuna kimidir. O, Braziliya komandasının əsas heyətində 117 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
Vinisius Braziliya yığmasının heyətində martın 21-də Kolumbiya millisinə qarşı 2026-cı il dünya çempionatının seçmə mərhələ oyununda debüt edə bilər.