RU

Qeyri-neft sektoru üzrə ixracda - 10 ƏSAS MƏHSUL - SİYAHI (2025 YANVAR-FEVRAL)

2025-ci ilin yanvar-fevral ayları üzrə neft-qaz sektoruna daxil olmayn malların ümumi ixrac dəyəri təxminən yarım milyard dollara yaxınlaşıb.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə bu sektora daxil olmayan malların ixracında əsas yeri elektrik enerjisi tutur. Elektrik enerjisinin ümumi dəyəri 296,2 milyon kvt/saat ümumi dəyəri 16,4 milyon dollar təşkil edib.

İxracda ikinci yeri sement və sement klinkerləri tutur. Belə ki, xarici ölkələrə Azərbaycandan 142,2 min ton sement ixrac olunub. İxracın ümumi dəyəri 9,1 milyon dollara bərabər olub.

Miqdarca ən çox satılan məhsullar içərisində azot gübrəsi 3-cü yeri tutub. Məhsulun ixracının miqdarı 122,4 min ton, dəyəri 36 milyon dollar olub.

Metanol ixracının miqdarı 61,9 min ton, dəyəri 19,8 milyon dollar təşkil edib.

Xurma ixracı iki ayın nəticələrinə görə 41,8 min ton və 30,5 milyon dollar təşkil edib.

Bundan başqa ilk onluğa 22,7 min ton olmaqla (26,7 milyon dollar) pomidor, 20,7 min ton (13,6 milyon dollar)  olmaqla alma, 17,2 min ton (24 milyon dollar) olmaqla pambıq lifi, 14,2 min ton (16,6 milyon dollar) olmaqla polietilen, ilkin formalarda və 11,8 min ton (11,8 milyon dollar) olmaqla qara metallar və onlardan hazırlanan məmulatlar da daxildir.

S/n

Malın adı

Miqdar

(ton)

Statistik dəyər

(dollar)

2025-ci ilin ilk 2 ayının
ixracına nisbətən,
%-lə

2025-ci ilin ilk 2 ayının qeyri-neft sektoru
üzrə ixracına nisbətən,
%-lə

 

Neft-qaz sektoruna daxil olmayan mallar üzrə

-

484995

9,52

100

1

Elektrik enerjisi, min kVt/saat

296 187

16 376

0,34

3,38

2

Sement, hazır və ya klinker formasında, ton

142 157

9 059

0,19

1,87

3

azot gübrəsi, ton

122 383

36 008

0,76

7,42

4

metanol (metil spirti), ton

61 928

19 776

0,41

4,08

5

Xurma, ton

41 830

30 481

0,64

6,28

6

Tomat, ton

22 739

26 722

0,56

5,51

7

Alma, ton

20 674

13 571

0,28

2,8

8

Pambıq lifi, ton

17 152

23 991

0,5

4,95

9

polietilen, ilkin formalarda, ton

14 222

16 624

0,35

3,43

10

Qara metallar və onlardan hazırlanan məmulatlar, ton

11 828

11 753

0,25

2,42

Избранный
18
fed.az

1Источники