ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Beynəlxalq İnkişaf Agentliyinin (USAID) işində irimiqyaslı saxtakarlıq sxemləri olub.
“Çox gözəl səslənir - USAID. Möhtəşəm deyilmi? Ancaq bu, tamamilə fırıldaqdır",- deyə “Fox News”-a müsahibəsində Tramp bildirib.
“Cebheinfo.az” xəbər verir ki, o, təfərrüatları açıqlamayıb.
Tramp vurğulayıb ki, ABŞ Demokratik Partiyası bu pozuntulara maraq göstərmir və onun administrasiyasının agentliyin işini dayandırmağa yönəlmiş tədbirlərinə qarşıdır. “Demokratlar həmişə “Konstitusiyamız pozulub” deyirlər.Heç vaxt danışmadıqları bir şey milyardlarla dolların hara yoxa çıxmasıdır. Onlar buna baxmaq istəmirlər",- deyə Amerika lideri bildirib.
Tramp əvvəllər Merilend ştatının federal dairə məhkəməsi tərəfindən çıxarılan hökmü tənqid edib və ona etiraz edəcəyinə söz verib. Hakim Trampın agentliyin işini məhdudlaşdırmaq və bəzi əməkdaşlarını işdən çıxarmaq qərarlarını qanunsuz hesab edib. “Bilirsən, hakim nə etməli idi? O, pulun hara getdiyini öyrənməlidir",- deyən Tramp ABŞ-nin USAİD-in səhv idarəçiliyi səbəbindən itirdiyinə inandığı vəsaitlərə istinad edərək deyib.