Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Bu adam nüvə silahı məsələsini manipulyasiya edir və açıq-aydın ondan öz aqressiv məqsədləri üçün istifadə edir", - deyə o söyləyib.
Bundan əvvəl Makron nüvə başlıqlarına malik "Rafale" qırıcılarının Almaniya ilə sərhəddəki Lükseuil-en-Bainsdəki Fransa aviabazasında yerləşdiriləcəyini açıqlamışdı.
Fransa Senatının Xarici İşlər, Müdafiə və Silahlı Qüvvələr Komitəsinin məlumatına görə, ilk "Rafale" hərbi bazaya hələ 2032-ci ildə gələcək və 2033-cü ildə onlar birinci eskadronun tərkibində uça biləcəklər.
Bundan əlavə, martın 15-də Makron bəyan edib ki, Avropa Rusiyanın razılığı olmadan Ukraynada hərbi kontingent yerləşdirə bilər. O vurğulayıb ki, Ukrayna öz müttəfiqlərindən ölkə ərazisinə sülhməramlılar göndərməyi xahiş etsə, Rusiya tərəfinin rəyi nəzərə alınmayacaq. (Teleqraf)