XəzərNews.az Türkiyə mediasına istinadla xəbər verir ki, Ercan Saatçi İstanbul Respublika Prokurorluğunun başlatdığı istintaq çərçivəsində saxlanılıb.
Saatçının saxlanma səbəbi hələlik öyrənilməyib.
Qeyd edək ki, 13 mart 1968-ci ildə İstanbulda anadan olan Ercan Saatçi mandolin, akkordeon və skripkada ifa edə bilir. Haydarpaşa Liseyində oxuyarkən məktəbin musiqi qrupunu yaradıb və musiqi yarışmalarına qatılıb. 1988-ci ildə İTU Türk Musiqisi Dövlət Konservatoriyasının Kontrabas şöbəsinə daxil olub.
Xəbər 6 dəfə oxunub.