RU

Çanaqqala Zəfərinin 110-cu ildönümü münasibətilə Bakıdakı “Türk şəhidliyi” abidəsi ziyarət olunub

Çanaqqala Zəfərinin 110-cu ildönümü və 18 Mart Çanaqqala şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq Türkiyənin Azərbaycandakı səfirliyinin rəhbərliyi və kollektivi, hərbi attaşe, vətəndaş cəmiyyəti təşklilatlarının nümayəndələri Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.

“Yeni Gundem” xəbər verir ki, Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün “Türk şəhidliyi” abidəsinin önünə əklil qoyub, şəhidlərin məzarları üzərinə qərənfillər düzüb və xatirə kitabını imzalayıb.

Türkiyə Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürk başda olmaqla, Çanaqqalanı keçilməz edən bütün qəhrəmanların xatirəsi ehtiramla anılıb.

Избранный
3
yenigundem.az

1Источники