RU

MDB çərçivəsində multimodal nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması üzrə Strategiya hazırlanır

Bakı, 19 mart, AZƏRTAC

Tacikistan Respublikasının Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrliyi çərçivəsində Birlik ölkələrinin multimodal nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması üzrə Strategiya layihəsinin hazırlanmasına başlanılıb.

AZƏRTAC MDB İcraiyyə Komitəsinin məlumatına istinadla xəbər verir ki, Tacikistan Nəqliyyat Nazirliyi bu məsələ ilə bağlı ekspert iclasının keçiriləcəyini elan edib.

MDB Dövlət Başçıları Şurasının 8 oktyabr 2024-cü il tarixli qərarına əsasən, 2025-ci il yanvarın 1-dən MDB-yə sədrlik Tacikistana keçib. Həmin ilin yanvarında nəqliyyat infrastrukturunun inkişafına və multimodal dəhlizlərin rəqəmsallaşdırılmasına diqqət yetirən Tacikistanın Sədrlik Konsepsiyası təqdim olunub.

Strategiyanın hazırlanması prosesinə Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) ekspertləri, MDB ölkələrinin nəqliyyat və gömrük orqanlarının mütəxəssisləri cəlb olunub. İlk tematik görüş 2025-ci ilin martında Banqkokda Quru Liman Operatorları, Logistika və Multimodal Nəqliyyat Xidmətlərinin Beynəlxalq Forumu çərçivəsində keçiriləcək.

Ekspertlərini fikrincə, bu təşəbbüs Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasının mühüm tərkib hissəsi olan beynəlxalq nəqliyyatın səmərəliliyinin artırılmasına töhfə verəcək. 2050-ci ilə qədər yükdaşımalarına qlobal tələbatın 100 faiz, sərnişin daşımaları üzrə isə 79 faiz artacağı proqnozlaşdırılır.

Избранный
9
azertag.az

1Источники