Azərbaycanın zəngin mədəniyyəti TikTok yaradıcıları üçün tükənməz ilham mənbəyinə çevrilib. Onlar orijinal və maraqlı videolar yaradaraq, ölkə daxilində və xaricində milyonlarla istifadəçinin marağına səbəb olublar. Məsələn, #Azərbaycan həştəqi ilə artıq 156 mindən çox video, #Azerbaijaniculture həştəqi ilə isə 2.4 mindən çox paylaşım edilib. Novruz bayramı TikTok-da platforma istifadəçilərini bir araya gətirəcək və milli ənənələrin gözəlliyini daha parlaq şəkildə nümayiş etdirəcək. Onlayn festival martın 21-dən, aprelin 30-dək xüsusi #Novruz2025 həştəqi altında keçiriləcək: TikTok platforma istifadəçilərini milli bayram, onun xüsusiyyətləri və adətləri barədə videolar çəkməyə dəvət edir. İstifadəçilər videolar üçün istənilən mövzunu seçə bilərlər – mətbəxdən milli geyimə, əfsanələr və ənənələrdən musiqi və rəqslərə qədər. Ən kreativ videoroliklərin müəllifləri layihənin tərəfdaşı – kurort şəhəri Sea Breeze Resort tərəfindən mükafatlandırılacaq:
- 1-ci yer – DREAM Fest 2025 festivalının bütün günləri üçün fan-zonaya 2 bilet,
- 2-ci yer – Xəzər dənizi sahilində yerləşən Sea Breeze Resort-da 2 günlük yaşayış üçün vauçer,
- 3-cü yer – Bakıda yerləşən Crocus Fitness fitnes-klublarından birinə 6 aylıq üzvlük kartı.