Bakı, TurkicWorld
Türkiyə 2025-cü ilin fevral ayında İrana elektrik ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artaraq 7 milyon 905 min 45 dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən İrana elektrik məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz azalaraq,15 milyon 832 min 65 dollara bərabər olub.
Qeyd edək ki,2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına elektrik ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə 3,7 faiz azalaraq, 31 milyon 391 min 24 dollara bərabər olub.
“Bu ilin fevral ayında Türkiyə 1 milyon 296 min 350 dollar məbləğində elektrik ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 0,8 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 16 milyon dollar məbləğində elektrik ixrac edib.