Bakı. Trend:
2025-ci ilin 17 mart tarixində Azərbaycan, Əfqanıstan, İran,İraq, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan,Tacikistan, Hindistan, Monqolustan və Pakistanın UNESCO yanındakıdaimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə qurumunParisdəki mənzil-qərargahında Novruz bayramı qeyd olunub.
Trend xəbərverir ki, tədbirdə həmin ölkələrin UNESCO yanında daiminümayəndələri, təşkilatın baş direktorun müavini Xinq Qu,diplomatik korpus və diaspor təşkilatları nümayəndələri və digərşəxslər iştirak ediblər.
Tədbirin açılışında Xinq Qu və Qırğızıstanın UNESCO yanındadaimi nümayəndəsi Sadyk Sher-Niyaz çıxış edərək, Novruz bayramıhaqqında, onun mənəvi əhəmiyyətindən danışıblar, bəşəriyyət üçünönəmli bayramlardan biri olduğu, insanları bir araya gətirdiyinivurğulayıblar.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra, təşkilatçı ölkələr millimusiqi və rəqs nümunələrini təqdim etmişlər. Mədəni hissədəAzərbaycanın milli rəqsi “Uzundərə” təqdim olunub.
Sonda iştirakçılar milli mətbəximizin dolma, aş və qutab kimiməşhur təamlarından dadıblar.
Xatırladaq ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nunQeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxiledilib.