RU

Süni İntellekt Akademiyası yaradılacaq

Süni İntellekt Akademiyası yaradılacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda əksini tapıb.

Qeyd edilib ki, süni intellekt və məlumat idarəetməsi sahəsində mütəxəssislərin hazırlanması, həmçinin dövlət orqanlarının (qurumlarının) rəhbər heyətinin bu sahədə biliklərinin təkmilləşdirilməsi üçün təşkil olunan təlim və inkişaf proqramlarında təlimçilərin məhdud sayda olması və ya kifayət qədər hazırlıqlı olmaması yerli kadrların bilik səviyyəsinin

yüksəlməsinə mane ola və sahəyə marağı azalda bilər. Bu riskin neytrallaşdırılması və proqramların keyfiyyətinin artırılması məqsədilə Süni İntellekt Akademiyasının yaradılması və nüfuzlu xarici təhsil müəssisələri ilə əməkdaşlıq nəzərdə tutulur. Həmin tədbirlər yerli

kadr potensialını gücləndirəcək, sahəyə olan marağı artıracaq və inkişafı

sürətləndirəcək.

Избранный
9
1
apa.az

2Источники