Olaylar.az bu barədə "Comex" birjasının məlumatlarına istinadla xəbər verir.
Bir müddət öncə, martın 14-də qızılın aprel fyuçersləri artıq yeni tarixi rekordu yeniləyərək 3001,3 dollara satılmışdı.
Analitiklər hesab edirlər ki, dünyada qızılın qiymətinin bahalaşmasına Birləşmiş Ştatların Çin, Kanada və Meksika ilə ticarət müharibələri səbəb olur. Burada, həmçinin qiymətli metalın təhlükəsiz aktiv kimi cəlbediciliyi rol oynayır.
Ekspertlər yaxın gələcəkdə qızılın qiymətinin 3,2 min dollaradək bahalaşacağını proqnozlaşdırırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31