RU

Rus casusları Kremllə əlaqə saxlamaq üçün Kriştiano Ronaldodan istifadə ediblər - İnanılmaz hadisə

 

Bu inanılmaz hadisə 2011-ci ildə adi görünən bir cütlüyün Rusiyaya casusluqda təqsirli bilinərək Almaniyada həbs edilməsi ilə üzə çıxıb

 

Andreas və Heidrun Anschlag Almaniyanın qərbindəki Frankfurtdan bir saat şimalda yerləşən Marburq şəhərində evli cütlük kimi yaşayıblar.

 

Onların Avstriya pasportları olub və sonradan saxta olduğu üzə çıxıb və qonşularına Cənubi Amerika mənşəli olduqlarını bildiriblər. Andreas avtomobil şirkətində mühəndis işləyirdi, həyat yoldaşı Heidrun isə evdə valideynlərinin əsl şəxsiyyətləri haqqında heç bir fikri olmayan qızına baxırdı.

 

Lakin heç kəs ağlına belə gətirməzdi ki, bu cütlük Rusiya üçün mühüm casuslardır. 1989-cu ildə Berlin divarının yıxılmasından əvvəl başlayan əməkdaşlıq  23 il ərzində Rusiya xüsusi xidmət orqanlarına  Qərb siyasi dairələri ilə bağlı informasiya ötürməyi əhatə edib və cütlük buna görə ayda  təxminən 90.000 avro ödəniş alıb. . Onlar Aİ, NATO və BMT ilə bağlı minlərlə sirr ötürüb.

 

Cütlük Moskvanın Xarici Kəşfiyyat Xidməti ilə əlaqə saxlamaq üçün illər boyu peyklərdən istifadə edib. Lakin internetin yüksəlişi "Pit" və "Tina"ya mərkəzə  mesaj göndərmək üçün yeni imkanlar yaradıb.

 

Onlar  2011-ci ilin əvvəlində ə YouTube platformasında “crsitianofootballer” adı ilə hesab açıb.

 

BBC-nin keçmiş təhlükəsizlik müxbiri Qordon Koreranın “Russ Among Us” adlı kitabında verdiyi məlumata görə, sözügedən casuslar ünsiyyət vasitəsi kimi o vaxt “Real Madrid” futbol klubunun  ulduzu Kriştiano Ronaldoya aid videoların şərh bölməsini seçiblər.

Corera yazır: "Onlar videoların altına təsdiqləyici mesaj kimi “əla qoldur” kimi reaksiyalar veriblər. Seçdikləri terminlər birmənalı olaraq futbola aid olub”. 

 

Cütlük 2013-cü ilin iyulunda altı il altı ay müddətinə Almaniyada məhkum edilib. Lakin 2015-ci ilin sonunda hər iki casus həbsdən çıxarılaraq Rusiyaya deportasiya olunub.

 

Elcan

Missiya.Az

Избранный
3
missiya.az

1Источники