RU

Yaponiyada dünyanın ilk 3D çaplı vağzalı tikiləcək

Yaponiyanın ən böyük dəmir yolu operatorlarından biri dünyanın ilk 3D çaplı qatar stansiyasının tikintisinə başlayır.

Herbiand.az bildirir ki, bu barədə CNN xəbər verib.

West Japan Railway (JR West) şirkəti keçən həftə bildirib ki, ölçüsü təxminən 108 kvadrat fut olan yeni stansiya Yaponiyanın üçüncü ən sıx şəhəri Osakadan 60 mil cənubda Vakayama cənub prefekturasında yerləşəcək. O, köhnəlmiş taxta kompleksi əvəz edəcək.

JR West bildirib ki, komponentlər 3D çap texnologiyasından istifadə edilməklə hazırlanacaq, işçilər onları altı saat ərzində yığacaqlar.

Bəxtiyar CƏFƏRLİ

Избранный
6
herbiand.az

1Источники