RU

"Tesla" avtomobillərinin yandırılmasında siyasi motiv: Kimə etiraz edirlər?

ABŞ-da son vaxtlar "Tesla"nın elektrik avtomobillərinin yandırılması və bu şirkətin enerji doldurma stansiyalarında yanğın törədilməsi halları baş verib.

Publika.az RBC-yə istinadən xəbər verir ki, belə hadisələrdən biri bir gün əvvəl Las-Veqasda baş verib. Naməlum şəxs "Tesla" texniki xidmət stansiyasının yaxınlığında bu markalı bir neçə avtomobili yandırıb. Xidmət stansiyasının qapılarında “Müqavimət göstərin” yazısı aşkar edilib.

Hadisə daxili terror aktı kimi araşdırılır.

Amerika polisi artıq "Tesla"nın enerji doldurma məntəqələrinə, avtosalonlara və fərdi avtomobillərə hücumlarla bağlı bir neçə hadisəni araşdırır.

Martın 3-də Bostonun kənarındakı ticarət mərkəzində 7 "Tesla" doldurma stansiyası yandırılıb. Beş gün sonra Nyu-Yorkda avtomobil salonunu zəbt etdiklərinə görə altı etirazçı həbs olunub, Koloradoda isə bir qadın "Tesla" dilerinə molotov kokteylləri atmaqda ittiham edilib.

CNN-in məlumatına görə, bu hücumların səbəbləri siyasidir, xüsusən də "Tesla"nın qurucusu İlon Maskın Donald Tramp administrasiyası dövründə Hökumətin Effektivliyi Departamentində işləməsindən sonra başlayıb.

Избранный
4
publika.az

1Источники