RU

İki 8-i qoşalaşdıran “Neftçi”dən MARAQLI VİDEO

Azərbaycanın ən qədim peşəkar futbol klubu "Neftçi"nin yarandığı gündən 88 ol ötür.

Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” 1937-ci ilin martın 18-də "Neftyanik" adı ilə fəaliyyətə başlayıb.

1966-cı ildə SSRİ çempionatlarında ən yaxşı nəticəsinə imza atan komanda bürünc medallara sahib çıxıb. 2 il sonra öz milli adına qovuşan paytaxt təmsilçisi "Neftçi" adlanmağa başlayıb.

Müstəqillik illərində "Neftçi" 9 dəfə Azərbaycan çempionu olub. 6 dəfə ölkə kubokunun, 2 dəfə Superkubokunun qalibi olub.

“Neftçi” avrokubokların qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi tarixi nəticənin müəllifidir. “Ağ-qaralar” 2012/13 mövsümündə Avropa Liqasının əsas mərhələsinə adlayıb.

Избранный
52
11
sportinfo.az

10Источники