RU

Sumqayıt Kimya Sənaye Parkında elektrik mühərrikli avtobuslar istehsal edəcək rezident qeydə alınıb

Bakı. Trend:

"Azerbaijan Energy Automotive Factory” MMC-yə Sumqayıt KimyaSənaye Parkının rezidenti statusu verilib.

Bu barədə Trend-ə İqtisadi Zonaların İnkişafı Agentliyindənməlumat verilib.

Bildirilib ki, ötən ilin noyabrında Çinin “BYD Company Limited”(BYD) şirkəti ilə Azərbaycanda elektrik avtobus istehsalınınlokallaşdırılmasına dair imzalanmış müqavilə çərçivəsində“Azerbaijan Energy Automotive Factory” MMC-yə İqtisadiyyatNazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyininidarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidentistatusu verilib.

Məlumata görə, yeni qeydiyyata alınan rezident tərəfindən SənayeParkının ərazisində elektrik mühərrikli avtobusların istehsalıhəyata keçiriləcək.

İnvestisiya dəyəri 29 milyon manatdan çox olan layihəçərçivəsində 600 nəfər işlə təmin ediləcək.

Çinin qabaqcıl texnologiyasından istifadə ediləcək müəssisənincari ildə fəaliyyətə başlaması nəzərdə tutulur.

Şirkət tərəfindən istehsal ediləcək elektrik mühərrikliavtobuslar BYD markası adı altında satışa çıxarılacaq və ilkinmərhələdə 12 metr uzunluğunda olan BYD "K9UD" model avtobuslarınistehsalı həyata keçiriləcək. Müəssisənin illik istehsal gücü 500ədəd avtobus təşkil edəcək.

İstehsal ediləcək elektrik mühərrikli avtobuslar ilkin mərhələdədaxili təlabatın ödənilməsinə yönəldiləcək, növbəti mərhələdə isəixracı nəzərdə tutulur.

Избранный
17
6
az.trend.az

8Источники