RU

Şeyxülislam Allahşükür Paşazadə iftar süfrəsi açıb

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə iftar süfrəsi açıb.


News365.az xəbər verir ki, tədbirdə Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri, millət vəkilləri və dini konfessiyaların rəhbərləri iştirak ediblər.


İftar süfrəsi Ramazan ayının mənəvi dəyərlərini vurğulamaq, dostluq və həmrəyliyi möhkəmləndirmək məqsədilə təşkil olunub. Tədbirdə dini-mənəvi dəyərlərin qorunması, müxtəlif xalqlar və dinlər arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.


İştirakçılar birlik və qarşılıqlı hörmətin vacibliyini qeyd edərək, belə görüşlərin sülh və qardaşlıq münasibətlərinə töhfə verdiyini bildiriblər.


Избранный
6
news365.az

1Источники