Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Müdafiə Nazirliyinə Azərbaycanla atəşkəsi pozmamaqla bağlı təlimat verib.
Demokrat.az xəbər verir ki, o bu barədə sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. Ermənistan Müdafiə Nazirliyinə təlimatım aydındır: atəşkəs rejimini pozmayın. Ermənistan müharibəyə deyil, sülhə doğru gedir”, - Baş nazir bildirib.
Qeyd edək ki, bir neçə gündür Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri fasilələrlə atəşə tutulur.
Azərbaycan MN-dən verilən sonuncu açıqlamada martın 18-i saat 22:20-dən martın 19-u saat 01:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod, Yuxarı Şorca və Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan yenidən fasilələrlə atəşə tutduğu bildirilib.

10Источники
-
metbuat.azPaşinyan atəşkəsin pozulması ilə bağlı nazirliyə təlimat verdi ( 16151649)
-
far.azPaşinyan Ermənistan Müdafiə Nazirliyinə təlimat verib: Atəşkəsi pozmayın ( 16150269)
-
demokrat.azPaşinyan Ermənistan MN-ə təlimat verdi — “Atəşkəsi pozmayın” ( 16149323)
-
sfera.azPaşinyan Ermənistan Müdafiə Nazirliyinə atəşkəslə bağlı təlimat verdi ( 16149167)
-
bizim.mediaPaşinyan Ermənistan Müdafiə Nazirliyinə TƏLİMAT VERDİ: “Atəşkəsi pozmayın” ( 16149161)
-
moderator.azPaşinyan Ermənistan MN-ə təlimat verdi - “Atəşkəsi pozmayın” ( 16148603)
-
sitat.infoPaşinyandan Müdafiə Nazirliyinə: Atəşkəsi pozmayın! ( 16148419)
-
xezerxeber.azPaşinyandan Ermənistan Müdafiə Nazirliyinə təlimat atəşkəsi pozmayın ( 16148229)
-
seherxeber.orgPaşinyan Ermənistan Müdafiə Nazirliyinə təlimat verib: Atəşkəsi pozmayın ( 16148033)
-
axar.azPaşinyandan Müdafiə Nazirliyinə: Atəşkəsi pozmayın! ( 16147999)