RU

“Kavkazskaya neft” bombalandı

Martın 19-na keçən gecə pilotsuz uçuş aparatları Krasnodar vilayətində yerləşən “Kavkazskaya neft” daşıma məntəqəsinə hücum edib.

Rusiyanın Telegram kanalları pilotsuz təyyarənin endirilməsindən sonra baş verən böyük yanğın barədə məlumat yayıb. Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev və Rusiya Müdafiə Nazirliyi susur. Ona görə də Rusiya tərəfdən hələlik rəsmi məlumat yoxdur.
Açıq mənbələrdən əldə edilən məlumatlara görə, “Kavkazskaya neft” yatağı neftin ixrac üçün daşınması üçün nəzərdə tutulub.

Məntəqədə dəmir yolu neft terminalı və Xəzər Boru Kəməri Konsorsiumu boru kəməri sisteminin bir hissəsi olan “Kropotkin neft” nasos stansiyasına birləşdirici boru kəməri yerləşir.

//Samir Qurbanov, Editor.az

Избранный
18
editor.az

1Источники