RU

Əkrəm İmamoğlunun şirkətinin üzərinə həbs qoyuldu

Bu gün saxlanılan İstanbul Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun şirkətinin üzərinə həbs qoyulub.

Heftelik.az-ın xəbərinə görə, bu barədə İstanbul Cümhuriyyət Baş Prokurorluğu məlumat yayıb.

Qeyd edilib ki, Türkiyə Xəzinə və Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərini Araşdırma İdarəsinin (MASAK) hesabatı nəzərə alınaraq İstanbul Cümhuriyyət Baş Prokurorluğunun müraciətinə əsasən məhkəmənin qərarı ilə Əkrəm İmamoğlunun şəriki olduğu İmamoğlu İnşaat Ticarət və Sənaye şirkətinin üzərinə həbs qoyulub.

 

 

 

Избранный
7
heftelik.az

1Источники