İBB Bələdiyyə Başçısı Əkrəm İmamoğlu və Murat Ongundan əlavə, aralarında jurnalistlər və iş adamlarının da olduğu 100-ə yaxın adam saxlanılıb.
Turkustan.az xəbər verir ki, saxlanılanlar arasında məşhur iş adamları da var.
Sözügedən əməliyyatın Medya A.Ş-dəki tenderlər və şəhər konsensusu ilə əlaqəli olduğu iddia edildi.
Saxlanılanlar arasında Murat ONGUN, Tuncay YILMAZ, Fatih KELEŞ və Ertan YILDIZın olduğu bildirilib.
İstintaq çərçivəsində saxlanılanların siyahısı da dəqiqləşdirilməyə başlayıb. Keçmiş sənətçi və iş adamı Ercan Saatçı, iş adamı Murat İlbak və iki qardaşı ilə yanaşı iş adamları Adem Soytekin, Yusuf İlbak, Ali İlbak, Necati Özcan, Tuncay Yılmaz, Fatih Keleş və Emrah Bağdatlı, iş adamı Ali Gül, iş adamı Muhittin Palazoğlu, iş adamı Əhməd Palazoğlu da var.
Aytən Yaşar/ Turkustan.az