Artyom Dzyuba Rusiya millisinin heyətində ən çox qol vuran futbolçu olub.
Fanat.Az xəbər verir ki, 36 yaşlı forvard bu gün Moskvada Qrenada seçməsinə qarşı keçirdikləri yoldaşlıq görüşündə yığmanın forması ilə 31-ci qoluna imza atıb.
O, millidə 30 dəfə rəqib qapılarına yol tapan sabiq forvard Aleksandr Kerjakovun rekordunu qırıb. "Akron"un formasını geyinən təcrübəli oyunçu vurduğu qolu öncədən hazırlanmış xüsusi formasını göstərərək bayram edib.
Qeyd edək ki, oyun rusların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Artyom görüşün 66-cı dəqiqəsində əvəzlənib.