RU

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda

Novruz Bayramı yazın gəlişini, təbiətin oyanmasını və yenilənməni simvolizə edən ən qədim bayramlardan biridir.

Emlakbazari.az

E-saglam.az bildirir ki, xalqımız bu bayramı böyük sevinclə qarşılayır, çünki Novruz bolluq, bərəkət və birlik rəmzidir.

Novruz adətləri arasında səməni cücərtmək, tonqal qalamaq, yumurta döyüşdürmək və papaqatdı kimi maraqlı ənənələr var. Hər çərşənbə günü – Su, Od, Yel və Torpaq çərşənbələri – xüsusi mərasimlərlə qeyd edilir. Bayram süfrəsi isə plov, şəkərbura, paxlava və qoğal kimi nemətlərlə bəzədilir.

Novruz insanların bir-birinə sevgi, hörmət və xoş diləklər bildirdiyi, küsülülərin barışdığı, ailə dəyərlərinin ön plana çıxdığı bayramdır. Bu gözəl gündə hər kəsə ruzi-bərəkət, sağlamlıq və xoşbəxtlik arzulayırıq!

E-saglam.az


Избранный
9
e-saglam.az

1Источники