"Napoli" növbəti transfer pəncərəsində heyətinə 7-8 futbolçu qatmağı planlaşdırır.
QOL.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
Klub yayda PSJ-yə satdığı Xviça Kvaratsxeliyanın yerinə yarımmüdafiəçi, əlavə olaraq müdafiəçi, iki mərkəz müdafiəçisi, bir və ya iki cinah yarımmüdafiəçisi transfer etmək istəyir.
"Napoli" hazırda Skudetto uğrunda mübarizəni davam etdirir. Komanda A seriyasının 29 turundan sonra 61 xalla 2-cidir.