XXI əsrin ən yaxşı müdafiəçisi müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, bu ada İspaniya yığması və Madrid "Real"ının sabiq futbolçusu, hazırda karyerasını Meksikanın "Monterrey" klubunda davam etdirən Serxio Ramos layiq görülüb. 

Sorğunu məşhur GiveMeSport idman nəşri keçirib.

Nəticələr əsasən, ilk "10-luq" belədir:

1. Serxio Ramos (İspaniya)

2. Vircil van Deyk (Niderland)

3. Alessandro Nesta (İtaliya)

4. Fabio Kannavaro (İtaliya)

5. Roberto Karlos (Braziliya)

6. Paolo Maldini (İtaliya)

7. Eşli Koul (İngiltərə)

8. Karles Puyol (İspaniya)

9. Kafu (Braziliya)

10. Con Terri (İngiltərə)