RU

3 ölkə Beynəlxalq Frankofoniya Təşkilatını tərk edib

Bakı, 20 mart, AZƏRTAC

Niger və Burkina-Faso Beynəlxalq Frankofoniya Təşkilatını tərk edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Nigerin Xarici İşlər Nazirliyi məlumat yayıb. Qurum artıq Fransanın Avropa və Xarici İşlər Nazirliyini məlumatlandırıb. Baş qərargahı Parisdə yerləşən Beynəlxalq Frankofoniya Təşkilatı da faktı təsdiqləyib.

Bu açıqlamadan bir neçə saat sonra Mali diplomatiyası da ölkənin Beynəlxalq Frankofoniya Təşkilatından çıxdığını bəyan edib.

Hər 3 ölkə missiyası fransız dilinin təşviqi olan təşkilatı öz nizamnaməsindən kənara çıxaraq siyasi proseslərə müdaxilədə ittiham edir.

Избранный
13
1
azertag.az

2Источники