RU

Stressi 15 dəqiqəyə belə azaltmaq olar

Taylandın Tsiyanqmay Universitetinin alimləri tərəfindən aparılan bir araşdırmaya görə, gündə yalnız 15 dəqiqə itlə oynamaq stres hormonu olan kortizol səviyyəsini əhəmiyyətli dərəcədə azaldır.

Bizim.Media xəbər verir ki, təcrübədə 122 tələbə və 6 it iştirak edib. İtlər çixuxua və şotland çoban iti cinslərindən seçilib.

Tələbələr itlərlə 15 dəqiqə oyun oynayıb, onları oxşayıb və ya sadəcə onlara baxıblar.

Araşdırmanın sonunda iştirakçıların stress səviyyəsinin 33,5% azaldığı məlum olub. Həmçinin, onların ürək döyüntüləri və kortizol səviyyələri normallaşıb. Bu oyunlar yalnız insanlara deyil, itlərə də müsbət təsir edib. Tədqiqat öyrədilməmiş itlərin belə insanlara müalicəvi təsir göstərmə qabiliyyətinə malik olduğunu vurğulayır. (milli.az)

Bizim.Media

Избранный
9
bizim.media

1Источники