Almaniyanın "Nürnberq" klubunun üzvü Mahir Emrelinin 1-ci Bundesliqanın son turunda "Qroyter Fyurt" üzərində parlaq qələbədən (3:0) sonra gözə dəyməməsi yerli jurnalistlərin diqqətini çəkib.
Offsideplus.az xəbər verir ki, məşhur BILD nəşri qələbəni stadionda azarkeşlərlə birgə qeyd edənlərin arasında azərbaycanlı hücumçunun hansı səbəbdən olmamasını öyrənmək üçün baş məşqçi Miroslav Klozeyə müraciət edib.
"Mahir Emreli səfərə yollanmalı idi, çox tələsirdi. Oyundan dərhal sonra hamı ilə vidalaşdı. Bu, bizimlə öncədən razılaşdırılıb. O, Münhendən uçmalı idi. Stadion dolu olduğundan, ərazini mmkün qədər tez tərk etməyə çalışırdı", - deyə çalışdırıcı bildirib.
M.Kloze özünün də qələbə münasibətilə təşkil olunan əyləncədə çox iştirak etmədiyini söyləyib: "Təəssüf ki, başım ağrıdığına görə məclisi axşam saat 10 radələrində tərk etdim. Amma oradakıların bəzisi gecə 2-3-ə qədər əyləniblər. Mən sonradan video və fotoşəkillər gördüm. Bu, mənim xoşuma gəldi".
Qeyd edək ki, "Nürnberq" derbidəki qələbə sayəsində xalını 41-ə çatdırıb və 7-ci pilləyə yüksəlib. İndi Klozenin komandasını liderdən cəmi 7 xal ayırır. Reqlamentə əsasən, 1-2-ci yeri tutanlar Bundesliqaya birbaşa vəsiqə qazanırlar. Üçüncü pillənin sahibi isə pley-offda qüvvəsini sınayacaq.