RU

Bağdad Universitetində Azərbaycanla bağlı doktorluq dissertasiyası müdafiə edilib

İraqın Bağdad Universitetində “Azərbaycan-Türkiyə münasibətləri. Regional və beynəlxalq baxış (1991-2016)” mövzusunda doktorluq dissertasiyası müdafiə olunub.

Sherg.az AZƏRTAC-a istinadla xəbər verir ki, universitetin Pedaqogika fakültəsinin Tarix bölməsinin doktorantı Dələl Nasir Cəfər Dərbaş əl-Kinaninin müdafiəyə təqdim etdiyi dissertasiya işində Azərbaycanın qədim tarixi və müstəqilliyin ilk illərindən 2016-cı ilə qədər dövrdə regionumuzda baş vermiş siyasi və iqtisadi hadisələr elmi cəhətdən təhlil edilir.

314 səhifədən ibarət dissertasiyada Azərbaycanın son 200 ildə üzləşdiyi müharibələr, Gülüstan və Türkmənçay müqavilələrindən sonra yaranmış vəziyyət və Sovet İttifaqı tərəfindən Qarabağın etnik tərkibinin dəyişdirilməsinə yönəlmiş siyasətlər sənədlər əsasında təhlil edilir və Qarabağ problemi tarixi, siyasi, ictimai, iqtisadi və kulturoloji konteksdə izah edilir.

Dissertasiyada Türkiyə ilə Azərbaycan arasında tarixi, mədəni və etnik baxımdan yaxınlığın olduğu və bunun iki ölkə arasında mövcud siyasi əlaqələrə də güclü təsir etdiyi vurğulanır. İki qardaş ölkə arasında həyata keçirilən böyük beynəlxalq layihələr də elmi araşdırmaya cəlb edilib. BTC, TANAP, TAP kəmərləri haqqında məlumat verilir. Həmçinin, bu ikitərəfli əlaqələr regional və beynəlxalq kontekstdə dəyərləndirilir.

Doktorantın elmi rəhbəri Bağdad Universitetinin professoru doktor Beyda Əllavi Şəmxidir.
Избранный
19
sherg.az

1Источники