RU

İtaliyanın bu qəsəbəsində evlər 1 avroya satılır

Roma, 20 mart, AZƏRTAC

İtaliyanın Abruzzo bölgəsindəki Penne qəsəbəsində tərk edilmiş tarixi evlər bir avroya satışa çıxarılacaq.

AZƏRTAC xəbər verir ki, bələdiyyə sədri Cilberto Petruççi qəsəbədə 40-dan çox boş ev olduğunu və onların əksəriyyətinin tarixi mərkəzdə yerləşdiyini deyib.

Bildirilib ki, qarşıdakı bir neçə həftə ərzində həmin evlərin satışa çıxarılması planlaşdırılır. Yeganə tələb isə evlərin tam bərpa edilməsidir. Alıcı üç il ərzində bu evləri təmir etməyi öhdəsinə götürmələridir.

“Evlər kifayət qədər köhnədir. Bəzilərini tikintisinin Orta əsrlərə gedib çıxır və İntibah dövründə inşa olunublar. Bu yerlər kabus şəhərə çevrilmək riski altındadır, - deyə o, qeyd edib.

Bələdiyyə bu addımı əhalinin azalmasının qarşısını almaq üçün atır. 2022-ci ildə başlanan layihə çərçivəsində indiyədək 6 ev satılıb. Kiçik və orta ölçülü bir evin təmirinin ilkin dəyəri təxminən 20 min avrodur. Yaşayış üçün yararlı vəziyyətdə və təmirə ehtiyacı olmayan evlərin qiyməti isə 40 min avrodan başlayır. Qəsəbənin əhalisi rəsmi olaraq 1200 nəfər olsa da, burada cəmi min nəfər yaşayır.

Qeyd edək ki, İtaliyada digər bölgələrində də analoji addım atılıb, bəzi yerlərdə əhalinin sayının artmasına nail olunub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Избранный
14
azertag.az

1Источники