ABŞ-ın Nevada ştatının Las-Veqas şəhər məhkəməsi erməni bloqçu Vardan Qukasyanın vəkillərinin girovla bağlı müraciətini rədd edərək, onu həbsdə saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Lev Group” hüquq firmasının rəhbəri Levon Baqdasaryan məlumat yayıb.
Onun sözlərinə görə, müdafiə tərəfi məhkəmə qərarını alıb və ona əsasən azadlığa buraxılması barədə vəsatət rədd edilib.
Xatırladaq ki, “İt” ləqəbi ilə tanınan videobloqçu Vardan Qukasyan ABŞ-ın miqrasiya orqanları tərəfindən saxlanılıb. Onun deportasiya ediləcəyi bildirilirdi.