RU

Azərbaycan millisinin potensial rəqibləri üz-üzə - 1/4 final başlayır

style='margin-bottom:10px;'>

Bu gün UEFA Millətlər Liqasında 1/4 finalın ilk oyunları keçiriləcək.

QOL.az xəbər verir ki, bu mərhələdə yarışın A Liqasının 4 qrup qalibi və 4 qrup ikinciləri üz-üzə gələcək. 

1/4 finalın Xorvatiya - Fransa matçı Azərbaycan millisinin azarkeşlərini də yaxından maraqlandırır. Çünki hər iki komanda Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində potensial rəqibidir. Məhz bu cütün qalibi Ukrayna, İslandiya və Azərbaycan millisinin yarışacağı DÇ-2026-nın D qrupunun sonuncu - 4-cü komandası olacaq. Oyun Xorvatiyanın Split şəhərində təşkil olunacaq.

Qeyd edək ki, 1/4 finalın bütün ilk oyunlarının hamısı Bakı vaxtı ilə eyni saatda - 23:45-də başlanacaq.

20 mart

23:45. Niderland - İspaniya

23:45. Xorvatiya - Fransa

23:45. Danimarka - Portuqaliya

23:45. İtaliya - Almaniya

Millətlər Liqasının 1/4 finalının cavab görüşləri martın 23-ü keçiriləcək. Qalib iyunda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaq. Yarımfinal və final bir oyundan ibarət olacaq.

Final mərhələsini İtaliya - Almaniya cütünün qalibi olan ölkə qəbul edəcək.

Избранный
6
1
teleqraf.com

2Источники