RU

Millətlər Liqası: Pley-off oyunları başlayır

Bu gün UEFA Millətlər Liqasında pley-off mərhələsinin oyunları start götürəcək.

Fanat.Az xəbər verir ki, bu mərhələnin nəticələrinə əsasən, A, B, C və D liqalarında növbəti mövsümün iştirakçıları müəyyənləşəcək.

A/B liqaları və B/C liqalarında pley-off mərhələsinin cavab oyunları martın 23-də keçiriləcək. 

Qeyd edək ki, C/D liqalarında pley-off mərhələsinin ilk oyunları (Cəbəllütariq - Latviya, Malta - Lüksemburq) 26 martda, cavab görüşləri isə 31 martda baş tutacaq.

Xatırladaq ki, Azərbaycan millisi növbəti mövsüm D liqasında yarışacaq. 

Millətlər Liqası
Pley-off mərhələsi, ilk oyunlar
20 mart

A/B liqaları

21:00. Türkiyə - Macarıstan 
23:45. Ukrayna - Belçika 
23:45. Avstriya - Serbiya 
23:45. Yunanıstan - Şotlandiya 

B/C liqaları

21:00. Ermənistan - Gürcüstan 
23:45. Kosovo - İslandiya 
23:45. Bolqarıstan - İrlandiya 
23:45. Slovakiya - Sloveniya 

Избранный
9
6
fanat.az

6Источники