RU

Bakı həbsxanasında saxlanılan hindistanlı “kriminal avtoritet” ölkəsinə ekstradisiya ediləcək

Bakı həbsxanasında saxlanılan hindistanlı “kriminal avtoritet” Myanka Sinqh ölkəsinə ekstradisiya ediləcək.

Oxu.Az Hindistan mətbuatına istinadla xəbər verir ki, Sunil Mina kimi də tanınan M.Sinqh Hindistanın Carkhand ştatının ən çox axtarılan cinayətkarıdır.

Bildirilir ki, onun ekstradisiyası üçün bütün hüquqi prosedurlar başa çatıb.

Carkhand ştatının antiterror bölməsinin nümayəndələri cinayətkarı təhvil almaqdan ötrü yaxın zamanda Azərbaycana gələcəklər.

Избранный
76
2
editor.az

10Источники