İranın cənubundakı Buşehr ostanında 4,6 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Buşəhr şəhərindən 163 km cənub-şərqdə qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.