RU

Bayram günü cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

Novruz bayramında cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bundan başqa axtarışda olduğuna görə ümumilikdə 57, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni zamanda narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Избранный
9
49
operativmm.az

10Источники