“L'Oreal” qlobal brendinin rəhbərlik etdiyi Avropadan olan kosmetika şirkətləri Avropa İttifaqından (Aİ) onları ABŞ-la ticarət müharibəsinə sürükləməməyi xahiş ediblər.
APA xəbər verir ki, bu barədə martın 23-də “Financial Times” (FT) məlumat yayıb.
“Bizi ticarət müharibəsindən kənarda saxlayın, iqtisadiyyata gətirdiklərimizdən həzz alın və ehtiyac olmayan yerdə yanğınlar törətməyin”, - deyə qəzet “Nivea”nın sahibi olan “Beiersdorf” şirkətinin baş direktoru Vinsent Uornerdən sitat gətirib.
Uorner bildirib ki, AB-nin kosmetik məhsulları ABŞ-ın rüsumlarına qarşı cavab tədbirləri üçün hədəflər siyahısına daxil etməsi Avropanın bazar payına zərbə vuracaq.
Qəzet “L'Oreal”ın baş direktoru Nikolas Hieronimus isə məsələ ilə bağlı açıqlaması zamanı bunları deyib:
"Brüsseldə görüşdüyüm insanlardan yeganə xahişim ticarət balansına baxmaq və qazanmaqdan çox itirəcəyimiz kateqoriyaya qırmızı bayraq qoymamaqdır".