RU

Türkiyə yığmasının üzvü sevgilisinə evlilik təklif etdi

Hazırda karyerasını ''Brayton''da davam etdirən Türkiyə yığmasının üzvü Fərdi Kadıoğlu son addımı ilə diqqət çəkib.

''Fənərbaxça''nın sabiq futbolçusu 3 ilə yaxındı, birlikdə olduğu sevgilisi Sera Vreyə evlilik təklif edib. 1996 təvəllüdlü bu xanım Fərdidən 3 yaş böyükdü. ''İnstaqram''da 123 min təqibçisi olan Vrey ''Vitalderma Kliniek'' adlı kosmetika və gözəllik mərkəzinin sahibidi. Onun atası isə Niderlandın tanınmış qaydasız döyüşçülərindən olan Nik Vreydi.

İkili evlilik təklifindən çəkilən şəkilləri öz səhifələrində paylaşıblar. Kadıoğlunun diz çökdüyü və Sera Vreyin bahalı üzüyünü göstərdiyi ''bəli'' adlı paylaşıma xoş sözlər yazılıb. Arxa fonda güllərdən düzəldilən qəlb dekoru da izləyicilərin çox xoşuna gəlib.

Qeyd edək ki, Niderlandda doğulan və 2018-də ''Fənərbaxça''ya transfer olunan Kadıoğlunun ulduzu məhz İstanbul nəhəngində parlayıb. İstedadlı futbolçu bu mövsümün əvvəlində 30 milyon avroya ''Brayton''a transfer olunub. İngiltərə karyerası pis başlamasa da, sonradan bu futbolçuya sanki göz dəydi. Zədə alan və baş barmağından əməliyyat olunan Fərdi mövsümü vaxtından tez bitirməli oldu.

Избранный
27
football-plus.az

1Источники